Səni Sevirəm...
Bölmə: Sevgi Müəllif: Miss_Admin
![]() Yoruldum... Sənsiz zaman durub sanki. Saatlar getmir. Əqrəblər yerində sayır. Nəfəs almaq elə çətin və mənasızdır ki! Ölüm... Bəlkə də sənsizliyin əlacıdır... Daşdanmı ürəyin? Yoxsa sadəcə mənimlə bu cürsən. Ay insafsız, niyə hər dəfəsində özünü məndən uzaqlaşdırırsan? Niyə susursan? Niyə məni inildədirsən? Ağladıb "mənim üçün pis olma" deyirsən... Necə olmayım?! Axı sən həyatsan mənim üçün. Mən bu həyatı sevirəm. İçində sən olduğun üçün bu dünyanı sevirəm... Səni bu həyatda yaşatdığı üçün ALLAHımı sevirəm. Sənə nəfəs verdiyi üçün, mənə göndərdiyi üçün ALLAHıma həmişə şükr edirəm... Kaş ki fərqli olardı ilk görüşümüz. Fərqli bir yerdə. Qeyri-adi bu görüşümüz başlanğıc olardı birlikdəliyimizə... Nəfəsin olardım sənin... Qəlbinin hakimi. Ağlındakı yeganə insan. Sən olardım. Ürəyin olardım. Yeganə sevgin... "Birdənən" olardım. Sadəcə mən olardım həyatında. Hər gün düşünüb mənsizliyə dözə bilməyəcəyini anlardın. Çünki mən sənsizliyə heç alışa bilmirəm... Həyatımdan çıxmı deyim?! Yoxsa heç getmə... Həmişə həyatımda nəfəsinin istiliyini hiss edim. "Canım" deyən səsini , "qısqanıram" deyən hərəkətlərinin varlığını. Mən bunu istəyirəm. Çoxmu? Bəlkə də çoxdu. Ama layiq deyiləmmi? Cavabsız suallarım baş alıb gedir. Cavab verərsənmi?! |
11-05-2011, 00:47Baxış sayı: 94Şərh sayı: 5
















































